
Milli komandanın keçmiş futbolçusu oyun zamanı öldürüldü
Boliviya millisinin keçmiş müdafiəçisi Serxio Xauregi Meksikada həvəskar futbol matçı zamanı güllələnərək qətlə yetirilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı veteran futbolçu su içmək üçün yan xəttə yaxınlaşıb. Bu vaxt naməlum şəxs onun yanına qaçaraq, odlu silahdan 6 dəfə atəş açaraq öldürüb.
Axtarışları davam edən cinayətkarı hələlik tapmaq mümkün olmayıb.
Serxio Xauregi peşəkar karyerasını 2012-ci ildə başa vurub. Veteran futbolçu 2004-2005-ci illərdə Boliviya millisinin heyətində 13 oyun keçirib. Bunlardan 9-u dünya çempionatının seçmə mərhələsinə təsadüf edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin