Milli komandanın futbolçusu dağıntılar altında qalıb – Türkiyədə

Türkiyənin “Hatayspor” klubunun daha iki üzvü dağıntılar altında qalıb.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Super Liqa klubunun idman direktoru Taner Savut və qanalı futbolçusu Kristian Atsu zəlzələ nəticəsində dağıntılar altında qalıb. Xilasedicilər həm klub rəsmisinin, həm də Qana millisinin hücumçusunun axtarışını davam etdirirlər.

Daha əvvəl “Hatayspor”un məşqçisi Gökhan Kağıtçıoğlu və futbolçusu Burak Öksüz dağıntılar altından çıxarılaraq, xilas edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button