Milli komandanın futbolçuları yoxlama oyununa çıxmaqdan imtina etdilər!
Futbol üzrə Çili milli komandası Peru ilə yoxlama oyunu keçirməkdən imtina edib.
Komanda.az xəbər verir ki, bu barədə Çili Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Yoxlama oyunu keçirməkdən imtina qərarı milli komandanın noyabrın 13-dəki iclasında verilib. Bildirilib ki, milliyə çağırılan futbolçular noyabrın 19-da Lima şəhərində keçirilməsi nəzərdə tutulan Peru ilə yoxlama oyununda iştirak etməmək qərarına gəliblər. Qarşı tərəf bu barədə məlumatlandırılıb.
Milli komandanın kapitanı Qari Medel şəxsi “instagram” səhifəsində qərarın Çilidəki vəziyyətə görə verildiyini bildirib. Ölkədə hakimiyyətin sosial və iqtisadi sahədə yürütdüyü siyasətə görə etiraz aksiyaları keçirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin