Milli komandanın baş məşqçisi istefaya göndərildi
Futbol üzrə İraq millisinin baş məşqçisi Jelko Petroviç istefaya göndərilib.
Komanda.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
Monteneqrolu mütəxəssis uğursuz nəticələrə görə qovulub. O, milli komandanın sükanı arxasında cəmi 2 oyun keçirib. İraq yığması onun rəhbərliyi altında İrana uduzub və Livanla heç-heçə edib.
Jelko Petroviç ötən ilin noyabrında baş məşqçi postunda Dik Advokatı əvəzləmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin