
Milli komandanın baş məşqçisi ilə yeni müqavilə
Qazaxıstan Futbol Federasiyası milli komandanın baş məşqçisi Məhəmməd Adiyevlə yeni müqavilə imzalayıb.
Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, müqavilənin müddəti 2024-cü ilin sonuna kimi nəzərdə tutulub.
Rusiyalı mütəxəssis yığmaya bu ilin mayından rəhbərlik edir.
Qazaxıstan UEFA Millətlər Liqasında Azərbaycan yığmasının yer aldığı qrupda 13 xalla lider olub və B Liqasına yüksəlib. Azərbaycan millisi 10 xalla ikinci yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin