Milli komandanı tərk etməyəcək
Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç milli komandanı tərk etməyi düşünmür.
Komanda.az “24sata”-ya istinadən xəbər verir ki, 37 yaşlı futbolçu Almaniyada baş tutacaq AÇ-2024-də çıxış etmək fikrindədir. Onun millidəki komanda yoldaşları Domaqoy Vida və İvan Perişiç də həmin turnirdə iştirak edə bilər.
Modriç 2006-cı ildə Xorvatiya millisinin heyətində debüt edib. O, bu müddət ərzində 166 oyuna çıxıb, 24 qol vurub və 27 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin