Milli komandanı onlardan biri çalışdıra bilər
Frenk Lempard və ya Stiven Cerrard İngiltərənin 21 yaşadək futbolçulardan ibarət milli komandasına rəhbərlik edə bilər.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, yığmanın hazırkı çalışdırıcısı Li Karsli AÇ-2023-dən sonra istefa versə, baş məşqçi postu boş qala bilər.
Cerrardın sonuncu iş yeri “Aston Villa” olub. O, ötən ilin oktyabrında istefaya göndərilib.
Lempard isə son dəfə “Everton”u çalışdırıb. 44 yaşlı mütəxəssis 2023-cü ilin yanvarında Mersisayd təmsilçisinin baş məşqçi postundan uzaqlaşdırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin