“Milli komanda çalışdırmaq mənim məqsədimdir” – Mourinyo
Portuqaliyalı məşqçi Joze Mourinyo millidə işləmək istəyindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunları deyib:
“Milli komanda çalışdırmaq mənim məqsədimdir. Ola bilsin ki, bu, dünya çempionatı, Avro çempionatı və ya Amerika kuboku, Afrika kuboku öncəsi olsun. Amma bunun üçün nə qədər gözləməli olduğumu bilmirəm… Bəlkə, bir gün bu baş verəcək”.
Mourinyonun son klubu 2024-cü ilin yanvarında tərk etdiyi “Roma” olub. O, 2021-ci ildən İtaliya komandasına rəhbərlik edib. Mourinyonun rəhbərliyi altında “Roma” ümumilikdə 96 oyunda 44 qələbə qazanıb, 23 dəfə heç-heçə edib və 29 məğlubiyyətlə üzləşib.
61 yaşlı mütəxəssis bundan əvvəl “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu” kimi klublarda çalışıb.
Bizi Facebook-da izləyin