Azərbaycan idmançılarının may ayı üçün reytinq cədvəli açıqlandı

Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin mayın 1-nə olan reytinq cədvəlini açıqlayıb.

Komanda.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, siyahıya bədii gimnast Zöhrə Ağamirova başçılıq edir.

O, 810 xalla birinci pilləyə yüksəlib. 725 xala malik bədii gimnastika üzrə qrup hərəkətləri komandası liderliyi əldən verərək, ikinci yerə düşüb.

İdman gimnastı Nikita Simonov isə 420 xalla üçüncü pillədə yer alıb.

Reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button