Milli komandaların oyunu Ağayevə tapşırıldı
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Bakıda keçiriləcək Azərbaycan – Belarus yoxlama oyununa hakim təyinatları açıqlanıb.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, matçı Əliyar Ağayev idarə edəcək. Ona Zeynal Zeynalov, Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetircək.
Martın 29-da keçiriləcək oyun saat 19:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin