
Milli komandadan “Sumqayıt”a 5 cavabsız qol
Bakıda təlim-məşq toplanışını başa vuran 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, “Sumqayıt”ın U-17 komandası ilə qarşılaşan milli 5:0 hesablı qələbə qazanıb.
Emil Şəkixanovun dubl etdiyi oyunda U-17-nin digər qollarını Eltun Babazadə, Balamirzə Mehdizadə və Elgün İsaqov vurub.
U-16 daha öncə “Neftçi”nin müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyundan 0:2 hesablı məğlubiyyətlə ayrılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin