
Milli komandadan “Qaradağ Lökbatan”la heç-heçə
Bakıda təlim-məşq toplanışını davam etdirən 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”la oyun 1:1 hesabı ilə başa çatıb. Millimizin heyətində Ceyhun Hacıyev fərqlənib.
U-18 keçirdiyi ilk yoxlama oyununda “Sumqayıt”ın əsas komandası ilə 1:1 hesablı heç-heçə etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin