Milli komandada yeni baş məşqçi
Futbol üzrə Kipr millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Nikos Kostenoqlu çalışdıracaq.
Bu barədə Kipr Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 51 yaşlı mütəxəssislə 24 saat ərzində rəsmi müqavilənin imzalanacağı bildirilib. Kostenoqlu bu vəzifədə ötən gün istefaya göndərilmiş Yohan Valemi əvəzləyib.
Qeyd edək ki, Kipr yığması UEFA Millətlər Liqasının 2020/21 mövsümündə Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparıb. Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn millimiz ikinci görüşdə qolsuz heç-heçəyə razılaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin