Milli komandada yeni baş məşqçi
Futbol üzrə Norveç yığma komandasına yeni baş məşqçi təyin olunub.
Komanda.az xəbər verir ki, Norveç Futbol Federasiyası Lars Lagerbakla yolları ayırıb.
Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 72 yaşlı isveçrəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, 2017-ci ildən bu komandanı çalışdırırdı.
Lagerbakın əvəzində bu komandaya Stole Solbakken baş məşqçi təyin olunub. Norveç millisinin sabiq üzvü olan 52 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb. Onun dekabrın 7-dən etibarən işinə başlayacağı diqqətə çatdırılıb.
Qeyd edək ki, Solbakken məşqçiliyə 2002-ci ildə Norveçin U-18 yığmasında başlayıb. Almaniyanın “Köln” və İngiltərənin “Vulverhempton” klublarına da rəhbərlik etmiş norveçli mütəxəssisin ən böyük uğurları “Kopenhagen”lə bağlıdır. Uzun illər çalışdırdığı bu komanda ilə 8 dəfə Norveç çempionu olan məşqçi, oktyabrdan bəri işsiz idi.
Bizi Facebook-da izləyin