Milli komandada yeni baş məşqçi

Futbol üzrə Monteneqro yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Monteneqro Futbol Federasiyası bu postu Bosniya və Herseqovinadan olan Faruk Hadzibeqiçə tapşırıb.

61 yaşlı mütəxəssislə müddəti 2020-ci ilin sonunda başa çatacaq müqavilə imzalanıb. Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Hadzibeqiç ölkəsinin yığma komandasında, həmçinin Türkiyənin “Qaziantepspor”, “Dənizlispor” və “Diyarbəkirspor” klublarında da çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button