Milli komandada yeni baş məşqçi

Futbol üzrə Kolumbiya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Nestor Lorenso çalışdıracaq.

Bu barədə Kolumbiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Argentinalı mütəxəssislə dörd illik müqavilə imzalanıb. O, komandanı 2026-cı ildə keçiriləcək dünya çempionatına aparmalıdır.

Xatırladaq ki, 56 yaşlı mütəxəssis 2012-2019-cu illərdə Kolumbiya millisinin məşqçilər korpusunda yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button