“Bu, unikal bir hiss idi, xəyalım gerçəkləşmişdi” – “Real”ın futbolçusu
İspaniyanın “Real” klubunun futbolçusu Vinisius Junior Braziliya millisindəki debütü haqqında danışıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Peru yığması ilə yoldaşlıq oyununda (0:1) millinin heyətində ilk dəfə meydana çıxan 19 yaşlı hücumçu, debütü ilə bağlı bunları deyib:
“Bu, unikal bir hiss idi, xəyalım gerçəkləşmişdi. Mənim üçün yeni bir addım oldu. Milli komandada debüt etmək hədəfim idi və buna nail oldum. İndi yenidən “Real”a qayıdıb, yaxşı oyun göstərməyə davam etməliyəm ki, azarkeşlərin sevgisini qazanım. Bu klubda oynayaraq, yenidən milliyə qayıdacağıma əminəm.
Baş məşqçimiz Tite əla məşqçi və çox yaxşı insandır. Milli komandanın düşərgəsində olduğum müddətdə mənə dəstək oldu və çox şey öyrətdi. O, bu andan zövq almağımı dedi. Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik, amma debüt etdiyim üçün çox xoşbəxtəm”.
Bizi Facebook-da izləyin