Milli komandada baş məşqçi istefası
Futbol üzrə Mərakeş yığması baş məşqçisiz qalıb.
Komanda.az xəbər verir ki, sözügedən millini çalışdıran Herve Renar postundan getməyə qərar verib.
Fransalı mütəxəssis bu qərarını sosial şəbəkə hesabından bəyan edib. O, 2016-cı ilin fevralından çalışdırdığı Mərakeş millisindəki fəaliyyətinə son qoymaq qərarına gəldiyini bildirib.
Mərakeş yığması Renarın rəhbərliyi altında qatıldığı Afrika Millətlər Kubokunda 1/8 finalda dayanmışdı. Halbuki, 50 yaşlı mütəxəssis 2012-ci ildə Zambiya, 2015-c ildə Fil Dişi Sahili yığmalarını Afrika Millətlər Kubokunun qalibi edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin