Milli komandada baş məşqçi istefası

Futbol üzrə Kolumbiya milli komandasının baş məşqçisi Reynaldo Rueda istefaya göndərilib.

Komanda.az xəbər verir ki, bu barədə Kolumbiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Buna yığmanın Qətərdə keçiriləcək DÇ-2022-nin final mərhələsinə vəsiqə qazana bilməməsi səbəb olub. Rueda ilə yanaşı, onun köməkçiləri də istefaya göndərilib. Millinin yeni baş məşqçisinin adına qarşıdakı günlərdə aydınlıq gətiriləcəyi diqqətə çatdırılıb.

Reynaldo Rueda 2021-ci ildən Kolumbiya yığmasına başçılıq edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button