Milli komandada baş məşqçi istefası

Futbol üzrə Misir milli komandasının baş məşqçisi Karluş Keyruş istefa verib.

Komanda.az xəbər verir ki, bu barədə 69 yaşlı mütəxəssis bu özü “tvitter” hesabında yazıb.

Portuqaliyalı məşqçi dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilmədikləri üçün postunu tərk etdiyini bildirib:

“Xəyalımız gerçəkləşmədi. Əlimizdən gələni etdik, amma bu, kifayət etmədi. Misir Futbol Federasiyasına və futbolçulara təşəkkür edirəm. Siz həmişə mənim ürəyimdə qalacaqsız”.

Misir millisi Afrika zonası üzrə seçmə mərhələdə Seneqala uduzaraq (1:0, penaltilər – 3:1) mundialdan kənarda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button