“Milli komanda ilə işləmək çox çətindir” – Simeone

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone milli komandada işləmək istəyib-istəməməsi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “El Larguero”-ya istinadən xəbər verir ki, argentinalı mütəxəssis milli komanda ilə işləməyin çox çətin olduğunu bildirib:

“Başqa klubda işləmək imkanı varmı? Mən bunu istisna etmirəm. Düşünürəm ki, gec-tez bu baş verəcək. Milli komanda? Xeyr, bu baş verməyəcək. Bu, çox çətindir”.

53 yaşlı Simeone 2011-ci ilin dekabrından “Atletiko”nun baş məşqçisidir. Onun klubla müqaviləsi 2027-ci ilin iyunun sonuna qədər nəzərdə tutulub. Komanda onun rəhbərliyi altında iki dəfə İspaniya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button