Milli karyerasını bitirən futbolçu klubu ilə müqaviləni uzadıb

Yan Vertongen hələ futbolçu karyerasını bitirmək fikrində deyil. O, klubu “Anderlext”lə müqavilə müddətini uzadıb.

Komanda.az “Anderlext”in mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı müdafiəçi ilə yeni anlaşma gələn mövsümün sonuna qədər qüvvədədir.

Vertongen daha əvvəl milli karyerasını başa vurduğunu açıqlamışdı. O, Belçika yığması ilə son Avropa çempionatının 1/8 final mərhələsində Fransa millisinə uduzaraq, mübarizəni dayandırmışdı. Vertongen 85-ci dəqiqədə avtoqolla yadda qalaraq, həmin görüşün taleyini həll etmişdi.

37 yaşlı futbolçu 2007-ci ildən Belçika millisində çıxış edirdi. O, ümumilikdə yığmada 157 oyun keçirib və 10 qol vurub. Vertongen 2022-ci ildən “Anderlext”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button