Milli karyerasını başa vurdu

Simon Minyole Belçika millisindəki karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, o, bu qərarını sosial şəbəkə hesabındakı bu paylaşımla açıqlayıb:

“Bəzən çətin qərarlar verməli oluruq. 13 il ölkəmin uğurları üçün oynadıqdan sonra Belçikanın “qırmızı şeytanlar”ı ilə vidalaşmalı oluram. Bütün komanda yoldaşlarıma, azarkeşlərə, personala, hər kəsə təşəkkür edirəm”.

“Brügge”nin qapıçısı 2011-ci ildən yığma komandada çıxış edirdi. Minyole Belçika seçməsində 35 oyun keçirib ki, bunların 10-da qapısının toxunulmazlığını qoruyub saxlaya bilib O, DÇ-2018-də bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button