İspaniya millisində növbəti itki – o da heyətdən çıxarıldı
Millətlər Liqasında Almaniya və Ukrayna ilə qarşılaşacaq İspaniya yığması daha bir itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, yığmanın üzvü Marko Asensio zədələnib. Bu barədə “Marca” nəşri məlumat yayıb. Məşqdə zədələnən 24 yaşlı yarımmüdafiəçi yığmanın heyətindən çıxarılıb.
İspaniya millisində bundan əvvəl Mikel Oyarzabal və Adama Traore koronavirusa yoluxduqları üçün heyətdən çıxarılmışdı.
İspaniya millisi sentyabrın 3-də səfərdə Almaniya, 6-da evdə Ukrayna ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin