
Millətlər Liqası: Türkiyə – Macarıstan matçının hakimləri açıqlanıb
Türkiyə millisinin UEFA Millətlər Liqasının pley-off mərhələsində Macarıstanla keçirəcəyi ilk oyunun hakimləri məlum olub.
Komanda.az UEFA-ya istinadən xəbər verir ki, İstanbuldakı “Rams Park”da keçiriləcək qarşılaşmanı slovakiyalı referi İvan Kruzlyak idarə edəcək. Ona həmyerliləri Branislav Qanço və Yan Pozor kömək edəcək. Dördüncü hakim qismində isə Peter Kraloviç fəaliyyət göstərəcək.
Türkiyə – Macarıstan qarşılaşması martın 20-də, saat 21:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



