Millətlər Liqası: İtaliya millisinin ispanlarla oyun üçün HEYƏTİ
İtaliya millisinin UEFA Millətlər Liqasının “dördlər finalı” üçün heyəti açıqlanıb.
Komanda.az xəbər verir ki, baş məşqçi Roberto Mançini İspaniya ilə oyun üçün bu futbolçulara dəvət göndərib:
Qapıçılar: Canluici Donnarumma (PSJ), Aleks Meret (“Napoli”), Quqlielmo Vikario (“Empoli”);
Müdafiəçilər: Federiko Basşirotto (“Lecce”), Leonardo Bonucci (“Yuventus”), Alessandro Buonqiorno (“Torino”), Covanni Di Lorenzo (“Napoli”), Alessandro Florenzi (“Milan”), Federiko Qatti (“Yuventus”), Leonardo Spinazzola (“Roma”), Rafael Toloi (“Roma”);
Yarımmüdafiəçilər: Brayan Kristante (“Roma”), Davide Frattesi (“Sassuolo”), Jorjinyo (“Arsenal”), Manuel Lokatelli (“Yuventus”), Lorenzo Pelleqrini (“Roma”), Matteo Pessina (“Montsa”), Marko Verratti (PSJ), Nikolo Zaniolo (“Qalatasaray”);
Hücumçular: Domeniko Berardi (“Sassuolo”), Federiko Kyeza (“Yuventus”), Denyan Nyonto (“Lids”), Çiro İmmobile (“Latsio”), Cakomo Raspadori (“Napoli”), Mateo Reteqi (“Tiqr”), Mattia Zakkani (“Latsio”).
Mançininin komandası iyunun 15-də İspaniya ilə qarşılaşacaq. Qalib Xorvatiya və ya Niderland yığması ilə üz-üzə gələcək.
Bizi Facebook-da izləyin