Millətlər Liqası: “Dördlər finalı”nın püşkü atıldı
UEFA Millətlər Liqasında “Dördlər finalı”nın püşkü atılıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada yarımfinal cütləri məlum olub.
Püşkə görə, İspaniya İtaliya ilə, Niderland Xorvatiya ilə qarşılaşacaq.
“Dördlər finalı” 14-18 iyunda Niderlandın Rotterdam və Enshede şəhərlərində keçiriləcək. İyunun 14-də və 15-də yarımfinal matçları, 18-də isə final oyunu olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin