Niderlandla Ukraynadan səfər qələbəsi, Belçikadan darmadağın
UEFA Millətlər Liqasının qrup mərhələsində 2-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D Liqalarında ümumilikdə 9 oyun keçirilib.
Günün ən maraqlı oyunlarından biri Portuqaliyada yerli komanda ilə İsveçrə yığması arasında keçirilib. Kristiano Ronaldonun dubla imza atdığı matçda komandası darmadağına sevinib. İspaniya millisi isə Çexiyanın qonağı olub. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib və ispanlar yenə xal itkisi ilə üzləşiblər.
Azərbaycan millisi 2-ci tur çərçivəsində növbəti oyununu iki gün əvvəl keçirib. Yığma komanda Serbiyada Belarus millisi ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz bitib.
Bu tur keçirilən oyunlardan Xorvatiya – Fransa qarşılaşması maraqla gözlənilirdi. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.
Bu gün baş tutan oyunlardan Almaniya – İngiltərə qarşılaşmasını xüsusi qeyd etmək olardı. Bu oyunda tərəflər hərəyə 1 xalla kifayətləniblər.
Türkiyə millisi bu turda Litvanın qonağı olub və 6 cavabsız qola sevinib.
Bu gün 2-ci turun daha bir neçə oyunu keçirilib. Uels millisi Niderlandla ev oyununda məğlubiyyətə üzülüb. Belçika isə Polşa ilə qarşılaşmada darmadağına sevinib.
UEFA Millətlər Liqası, 2-ci tur
5 iyun
D Liqası, 2-ci qrup
San Marino – Malta 0:2
Qol: Busuttil, 59. Gilyomye, 75.
Xal: Estoniya – 3, Malta – 3, San-Marino – 0
C Liqası, 2-ci qrup
Kipr – Şimali İrlandiya 0:0
Kosovo – Yunanıstan 0:1
Qol: Bakasetas, 36.
Xal: Yunanıstan – 6, Kosovo – 3, Şimali İrlandiya – 1, Kipr – 1
C Liqası, 4-cü qrup
Cəbəllütariq – Şimali Makedoniya 0:2
Qol: Bardi, 21. Babunski, 84.
Bolqarıstan – Gürcüstan 2:5
Qol: İliyev, 50. Stefanov, 83 – Davitaşvili, 4. Hristov, 31-öz qapısına. Zivzivadze, 52. Kvaratsxeliya, 58. Vako, 70.
Xal: Gürcüstan – 6, Şimali Makedoniya – 4, Bolqarıstan – 1, Cəbəllütariq – 0
A Liqası, 2-ci qrup
Çexiya – İspaniya 2:2
Qol: Pesek, 4. Kuxta, 66 – Qavi, 45+3. Martines, 90.
Portuqaliya – İsveçrə 4:0
Qol: Karvalyo, 15. Ronaldo, 35; 39. Kanselo, 68.
Xal: Çexiya – 4, Portuqaliya – 4, İspaniya – 2, İsveçrə – 0
B Liqası, 4-cü qrup
İsveç – Norveç 1:2
Qol: Elanqa, 90+2 – Haland, 20; 69.
Serbiya – Sloveniya 4:1
Qol: Mitroviç, 24. Milinkoviç-Saviç, 56. Yoviç, 85. Radonyiç, 90+2 – Stoyanoviç, 30.
Xal: Norveç – 6, İsveç – 3, Serbiya – 3, Sloveniya – 0.
6 iyun
D Liqası, 1-ci qrup
Latviya – Lixtenşteyn 1:0
Qol: Zyuzin, 73.
Andorra – Moldova 0:0
Xal: Latviya – 6, Moldova – 4, Andorra – 1, Lixtenşteyn – 0
A Liqası, 1-ci qrup
Xorvatiya – Fransa 1:1
Qol: Kramariç, 83-pen – Rabyo, 52.
Avstriya – Danimarka 1:2
Qol: Şlager, 67 – Hoybyerq, 28. Larsen, 84.
Xal: Danimarka – 6, Avstriya – 3, Fransa – 1, Xorvatiya – 1
B Liqası, 2-ci qrup
İslandiya – Albaniya 1:1
Qol: Torsteynsson, 49 – Seferi, 30.
Xal: İslandiya – 2, İsrail – 1, Albaniya – 1, Rusiya – (yarışdan kənarlaşdırılıb)
C Liqası, 3-cü qrup
Slovakiya – Qazaxıstan 0:1
Qol: Darabayev, 26.
Belarus – Azərbaycan 0:0
Xal: Qazaxıstan – 6, Slovakiya – 3, Belarus – 1, Azərbaycan – 1
7 iyun
B Liqası, 3-cü qrup
Finlandiya – Monteneqro 2:0
Qol: Pohyanpalo, 31; 38.
Bosniya – Rumıniya 1:0
Qol: Prevlyak, 68.
Xal: Bosniya – 4, Finlandiya – 4, Monteneqro – 3, Rumıniya – 0
A Liqası, 3-cü qrup
Almaniya – İngiltərə 1:1
Qol: Hofmann, 50 – Keyn, 88-pen.
İtaliya – Macarıstan 2:1
Qol: Barella, 30. Pelleqrini, 45 – Mançini, 61-öz qapısına.
Xal: İtaliya – 4, Macarıstan – 3, Almaniya – 2, İngiltərə – 1
C Liqası, 1-ci qrup
Litva – Türkiyə 0:6
Qol: D.Sinik, 2; 14. S.Dursun, 56; 81. Y.Akgün, 89. H.Dərvişoğlu, 90+1.
Farer adaları – Lüksemburq 0:1
Qol: Rodriqes, 74-pen.
Xal: Türkiyə – 6, Lüksemburq – 6, Litva – 0, Farer adaları – 0
8 iyun
A Liqası, 4-cü qrup
Belçika – Polşa 6:1
Qol: Vitsel, 32. De Bruyne, 59. Trossar, 73; 80. Dendonker, 83. Openda, 90+3 – Levandovski, 28.
Uels – Niderland 1:2
Qol: Norrinqton, 90+2 – Kopmeyners, 50. Veqorst, 90+4.
Xal: Niderland – 6, Belçika – 3, Polşa – 3, Uels – 0
B Liqası, 1-ci qrup
İrlandiya – Ukrayna 0:1
Qol: Tsiqankov, 48.
Şotlandiya – Ermənistan 2:0
Qol: Ralston, 28. Makkenna, 40.
Xal: Şotlandiya – 3, Ermənistan – 3, Ukrayna – 3, İrlandiya – 0
Bizi Facebook-da izləyin