
Millətlər Liqası: Bu gün Türkiyə millisi Macarıstanla, Xorvatiya Fransa ilə qarşılaşacaq
Bu gün UEFA Millətlər Liqasınıda 1/4 final və pley-off mərhələsinin ilk matçları keçiriləcək.
Komanda.az xəbər verir ki, əvvəlcə Türkiyə millisi “Rams Park”da Macarıstanı sınağa çəkəcək. Oyun saat 21:00-da start götürəcək.
Daha bir oyun Xorvatiyada yerli komanda ilə Fransa millisi arasında baş tutacaq. Cütün qalibi 2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycanın rəqibi olacaq.
UEFA Millətlər Liqası
20 mart
1/4 final
23:45. Xorvatiya – Fransa
23:45. İtaliya – Almaniya
23:45. Niderland – İspaniya
23:45. Danimarka – Portuqaliya
A və B Liqaları
Pley-off, ilk oyunlar
21:00. Türkiyə – Macarıstan
23:45. Avstriya – Serbiya
23:45. Ukrayna – Belçika
23:45. Yunanıstan – Şotlandiya
B və C Liqaları
Pley-off, ilk oyunlar
21:00. Ermənistan – Gürcüstan
23:45. Slovakiya – Sloveniya
23:45. Bolqarıstan – İrlandiya.
23:45. Kosovo – İslandiya
Komandalar arasında cavab görüşləri martın 23-də keçiriləcək.
Bizi Facebook-da izləyin