
Millətlər Liqası: Bu gün sonuncu finalçı məlum olacaq
Bu gün UEFA Millətlər Liqasında sonuncu finalçı müəyyənləşəcək.
Komanda.az xəbər verir ki, Almaniyada təşkil olunan mərhələnin ikinci günündə İspaniya millisi Fransa ilə üz-üzə gələcək.
İngiltərəli referi Maykl Oliverin idarə edəcəyi qarşılaşma “Ştutqart Arena”da, saat 23:00-da start götürəcək.
Ötən gün baş tutan ilk yarımfinal matçında Portuqaliya millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edərək adını finala yazdırıb. UEFA Millətlər Liqasında final və üçüncü yer uğrunda oyunlar iyunun 8-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin