Millətlər Liqası: Azərbaycan millisi Qazaxıstana uduzdu

Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında mübarizəyə başlayıb.

Komanda.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi milli səfərdə Qazaxıstan yığması ilə qarşılaşıb. Saat 18:00-da start götürən qarşılaşma “Astana Arena”da keçirilib.

Dünya və Avropa çempionatlarının seçmə mərhələlərində uğursuz nəticələri ilə azarkeşlər və mətbuat tərəfindən daim tənqid olunan milli komanda Qazaxıstan səfərindən uğurlu nəticə ilə ayrılmağı hədəfləmişdi. Xüsusən də, komandaya müdafiə futbolu oynatdığı üçün tənqid edilən De Byaziyə qələbə çox lazım idi. Əks halda, onun hələ də niyə millinin “sükanı arxasında” olduğu yenə müzakirə mövzusu olacaqdı.

Bir sözlə, Millətlər Liqasına uğursuz start vermək Azərbaycan millisinin yenidən tənqid edilməsinə, sosial şəbəkədə ələ salınmasına səbəb olacaqdı. Bu üzdən, Nur-Sultan şəhərindən qələbə ilə ayrılmaq şərt idi. Amma milli komanda bu görüşdə də 2 cavabsız qolla məğlub olub.

UEFA Millətlər Liqası, 1-ci tur
C Liqası, 3-cü qrup

3 iyun

Qazaxıstan – Azərbaycan 2:0
Qol: A.Aimbetov, 50; 60.
Nur-Sultan, “Astana Arena”
Hakimlər: İstvan Vad, Vencel Tot, İstvan Albert, Ferens Karako (hamısı Macarıstan)

Qazaxıstan: 12. İqor Şatski, 3. Nuralı Alip, 6. Yeldos Ahmetov, 7. Aslan Darabayev, 8. Asxat Taqıbergen (k), 10. Bauırjan Baytana, 11. Yan Voroqovski, 13. Bağdat Kairov, 17. Abat Aimbetov 22. Aleksandr Maroçkin, 23. Elxan Astanov.
Ehtiyat oyunçular: 1. Bekxan Şayzada, 15. Muxammejan Seysen, 2. Sergey Malıy, 4. Samat Zarinbetov, 5. İslambek Kuat, 9. Artur Şuşenaçev, 14. Vladislav Vasilyev, 16. Qafurjan Suyumbayev, 18. Timur Dosmaqambetov, 19. Mixail Qabışev, 20. Ramazan Orazov, 21. Maksim Samorodov.
Baş məşqçi: Məhəmməd Adiyev.
Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 6. Höccət Haqqverdi, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 10. Mahir Emreli, 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 22. Aleksey İsayev.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Emil Balayev, 2. Qara Qarayev, 7. Namik Ələskərov, 11. Ramil Şeydayev, 13. Cəlal Hüseynov, 16. Dmitri Nazarov, 17. Toral Bayramov, 18. Bəxtiyar Həsənalızadə, 19. Qismət Alıyev, 20. Riçard Almeyda, 21. Anatoli Nuriyev.
Baş məşqçi: Canni De Byazi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button