Millətlər Liqası: Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu komanda səfərdə Slovakiya yığması ilə üz-üzə gələcək.

Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda keçiriləcək oyun saat 20:00-da start götürəcək. Oyunu polşalı FİFA referisi Damian Silvestrjak idarə edəcək.

Azərbaycan millisi Millətlər Liqasındakı ilk matçında Bakıda İsveç seçməsinə 1:3 hesabı ilə məğlub olub.

UEFA Millətlər Liqası, C Liqası, 1-ci qrup
2-ci tur

8 sentyabr

20:00. Slovakiya – Azərbaycan
Baş hakim: Damian Silvestrjak (Polşa).
Koşitse, “Koşitse Futbol Arenası”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button