
Millətlər Liqası: Azərbaycan millisi bu göstəricidə 4-cüdür
UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
Komanda.az xəbər verir ki, Azərbaycan yığması 4 tur ərzində ən çox top qazanan komandalar sırasında yer alıb. Milli üzvləri oyunlarda 172 dəfə buna nail olublar. Komanda bu göstəricidə 4-cü pillədə qərarlaşıb.
Avstriya seçməsi (180) birinci sırada yer alıbsa, Azərbaycan yığmasının qrupdakı rəqibi Qazaxıstan Danimarka millisii ilə birlikdə 2-3-cü yerləri bölüşdürür. Hər iki komanda ümumilikdə 174 dəfə top qazana bilib.
Azərbaycan millisi 4-cü turda Bakıda Belarusu 2:0 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin