Millətlər Kuboku: Azərbaycanın 5 boksçusu finalda
Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında Millətlər Kubokunda yarımfinal mərhələsi başa çatıb.
Komanda.az xəbər verir ki, 18 ölkədən 151 idmançının qatıldığı ənənəvi yarışın bu mərhələsində rinqə çıxan Azərbaycan millisinin 5 üzvünün hər biri qələbə qazanaraq finala yüksəlib.
46 kq çəki dərəcəsində mübarizə aparan Bilal Nəzərov yarımfinalda Maksimillian Plaçetkanı (Çexiya) 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Nəzərov finalda komanda yoldaşı Faiq Mollayevlə qarşılaşacaq. Mollayev yarımfinalda Nikolas Bonkdan (Rumıniya) üstün olub – 4:1 (29:28, 29:28, 29:28, 28:29, 29:28).
50 kq-da Tağı Nəsibov italiyalı Françesko Krusillanı 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28)hesabı ilə məğlub edib. O, finalda Daniel İrofte (Rumıniya) ilə üz-üzə gələcək.
54 kq-da yer alan Məhəmmədəli Aşırəliyev finala gedən yolda Lukas Kuçera (Çexiya) üzərində 5:0 (30:27, 30:26, 30:27, 30:26, 30:25) hesablı qələbə qazanıb. Boksçu çempionluq üçün Aydar Kadirxanla (Qazaxıstan) qüvvəsini sınayacaq.
57 kq-da Məhəmmədəli Qasımzadə də komanda yoldaşlarının uğurunu davam etdirib. Viktorio İlyevə (Bolqarıstan) 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələn idmançı həlledici qarşılaşmada rəqibi Arun Tudoroiu (Rumıniya) ilə görüşəcək.
Bizi Facebook-da izləyin