Deputat: “Futbol və futbol klubları ancaq Bakıdan ibarətdir?”
Millət vəkili Tahir Kərimli parlamentin son plenar iclasında ölkə futbolunun mövcud durumu məsələsini qaldırıb.
Komanda.az xəbər verir ki, millət vəkili Azərbaycan futbolunun yerində saydığını deyib:
“Futbol elə Bakıdan ibarətdir? Güclülər dəstəsindəki 9 klubdan 8-i Bakının payına düşür (deputatın xəbəri yoxdur ki, Premyer Liqada 8 komanda var). Cəmi bir klub Qəbələni təmsil edir. Bəs başqa bölgələr? Futbol və futbol klubları ancaq Bakıdan ibarətdir? Deyirlər ki, Azərbaycan çempionatı keçirildi. Bu, elə Bakı çempionatı olub. Bunların çoxunu da SOCAR maliyyələşdirir. Hanı bizim böyük şirkətlərimiz? Yuxarı liqalara bir komanda belə çıxmır. Uduzan da, udan da yerində sayır. Yuxarı liqa, aşağı liqa məsələsi bizim futbolda yoxdur.
Niyə ölkə futbolu yerində sayır? Niyə yerlərdə futbol, uşaq idmanı, uşaq futbolu inkişaf etdirilmir?” (etikxeber.az)
Bizi Facebook-da izləyin