İspaniya millisi Millətlər Liqasının qalibi oldu
Bu gün UEFA Millətlər Liqasında final oyunu keçirilib.
Komanda.az xəbər verir ki, həlledici görüşdə Xorvatiya və İspaniya milliləri qarşılaşıb.
Final qarşılaşmasının əsas vaxtında qapılara qol vurulmayıb. Bu üzdən əlavə vaxt təyin olunub. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən, penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən ispanlar çempionluğu bayram ediblər.
Üçüncü yer uğrunda qarşılaşma isə Niderland ilə İtaliya yığmaları arasında keçirilib. Beş qolun qeydə alındığı bu matçdan qalib ayrılan İtaliya yığması bürünc medallara sahib çıxıb.
UEFA Millətlər Liqası
“Dördlər finalı”
18 iyun
3-cü yer uğrunda oyun
Niderland – İtaliya 2:3
Qol: Berqveyn, 68. Veynaldum, 89 – Dimarko, 6. Frattezi, 20. Kyeza, 72.
Baş hakim: Qlenn Nyberq
Stadion: De Qrolş Veste (Niderland)
Final
Xorvatiya – İspaniya 0:0 (penaltilər 4:5)
Baş hakim: Feliks Zvayer
Stadion: De Kuip (Niderland)
Bizi Facebook-da izləyin