Azərbaycan millisinin rəqibində 2 futbolçu heyətdən çıxarıldı

Millətlər Liqasında Lüksemburq və Azərbaycanla qarşılaşacaq Kipr yığmasının heyətində dəyişiklik baş verib.

Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Yohan Valem Çexiya ilə yoxlama oyunundan (1:2) sonra iki futbolçunu – Haris Kiriaku və Yannis Kostisi heyətən kənarlaşdırıb. Hər iki futbolçu Lüksemburq və Azərbaycanla oyunlarda iştirak etməyəcək.

Kipr yığması oktyabrın 10-da Lüksemburq, 13-də isə Azərbaycanla qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button