Hollandiya əzmkar qələbə ilə Millətlər Liqasının finalında

UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, 1/2 final mərhələsində Portuqaliya, İsveçrə, Hollandiya və İngiltərə mübarizə aparıb.

İlk oyun günündə Portuqaliya İsveçrə ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı, Ronaldonun het-trikə imza atdığı görüşdə meydan sahibləri inamlı qələbə qazanıblar və finala yüksəliblər.

Yarımfinal mərhələsinin digər oyununda isə bu gün Hollandiya İngiltərə ilə üz-üzə gəlib. Qarşılaşmada hesabı ingilislər açıblar. Amma hollandlar penaltidən buraxdıqları qolun əvəzini ikinci hissədə çıxa biliblər. Əsas vaxtda qalib müəyyənləşmədiyindən, əlavə vaxta ehtiyac duyulub. Məhz əlavə vaxtda daha iki qola sevinən Hollandiya yığması əzmkar qələbə ilə finala yüksəlib.

Beləliklə, iyunun 9-da Portuqaliyada təşkil olunan final mərhələsində İngiltərə və İsveçrə yığmaları üçüncü yer uğrunda üz-üzə gələcək. Portuqaliya və Hollandiya isə finalda qarşılaşacaq.

Millətlər Liqası, yarımfinal mərhələsi

6 iyun

Hollandiya – İngiltərə 3:1
Qol: De Liqt, 73. Uolker, 97-öz qapısına. Promes, 114 – Reşford, 32-pen.

5 iyun

Portuqaliya – İsveçrə 3:1
Qol
: Ronaldo, 25; 88; 90 – R.Rodriqes, 57-pen.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button