Azərbaycan millisindən Belarusla heç-heçə

Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi milli komanda Belarus yığması ilə qarşılaşıb. Azərbaycan millisi ilk turda səfərdə Qazaxıstana məğlub olmuşdu (0:2). Özü də məzmunsuz oyunla. Növbəti məğlubiyyət AFFA rəhbərliyinin və milli komandanın ünvanına tənqidlərin kəsərini bir qədər də artıracaqdı. Bu üzdən, Azərbaycan millisi qrupun başıqapazlısı olmadığını sübut etmək istəyirdi.

Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçirilən və saat 22:45-də başlayan oyunda qapılara qol vurulmayıb. Matçın sonlarında Azərbaycan yığmasının müdafiəçisi Qismət Alıyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

UEFA Millətlər Liqası, 2-ci tur
C Liqası, 3-cü qrup

6 iyun

Belarus – Azərbaycan 0:0
Qırmızı vərəqə: Q.Alıyev, 84.
Hakimlər: Məhəmməd Əl-Hakim, Fredrik Klyve, Markus Lundgren Klitte, Granit Maqedonci (hamısı İsveç)
Serbiya. “Karadjordje” stadionu

Belarus: 12. Pavel Pavlyuçenko, 2. Danila Neçayev 4. Ruslan Xadarkeviç 5. Vladislav Malkeviç, 6. Sergey Politeviç, 7. Artyom Bıkov 8. Hlep Şauçenka. 11. Andrey Solovey, 14. Yevgeni Yablonski (k), 19. Valeri Boçerov, 20. Zaxar Volkov.
Ehtiyat oyunçular: 1. Yeqor Xatkeviç, 16. Maksim Plotnikov, 3. Kiril Peçenin, 9. Maks Ebonq, 10. Eqor Boqomolski, 13. Dmitri Bessmertnı, 15. Ruslan Yudenkov, 17. Denis Qreçixo, 18. Pavel Sedko, 21. Vladislav Klimoviç, 22. Roman Bequnov, 23. Valeri Qromiko.
Baş məşqçi: Georgi Kondratyev.

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 6. Höccət Haqverdi, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 18. Cəlal Hüseynov, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Emil Balayev, 2. Qara Qarayev, 7. Namik Ələskərov, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 15. Bəxtiyar Həsənalızadə, 16. Dmitri Nazarov, 17. Coşqun Diniyev, 19. Qismət Alıyev, 21. Anatoli Nuriyev, 22. Aleksey İsayev.
Baş məşqçi: Canni De Byazi.

Xal: Qazaxıstan – 6, Slovakiya – 3, Belarus – 1, Azərbaycan – 1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button