
Millətlər Liqası: Azərbaycan millisi bu gün sonuncu oyununa çıxacaq
Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, komanda C Liqasının 1-ci qrupunun matçında İsveç yığması ilə qarşılaşacaq.
Oyun saat 23:45-də başlayacaq.
Azərbaycan millisi daha əvvəl Estoniya (1:3, 0:0), Slovakiya (0:2, 1:3) və İsveç (1:3) ilə qarşılaşıb. Qrupda İsveç 13 xalla liderdir, Azərbaycan yığması 1 xalla sonuncu pillədə qərarlaşıb.
UEFA Millətlər Liqası, 6-cı tur
19 noyabr
C Liqası, I qrup
23:45. İsveç – Azərbaycan
Baş hakim: Pavel Raçkovski (Polşa)
Solna, “Friends Arena”
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin