“Real” zədəli futbolçusu ilə bağlı nikbindir

“Real”in müdafiəçisi Eder Militao sağalmasının son mərhələsindədir.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Madrid klubu Militaonun sağalması ilə bağlı nikbindir. Braziliyalı futbolçunun yayda keçiriləcək Klublararası dünya çempionatına hazır olacağı bildirilir.

27 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 17 matçda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Real” növbəti matçını aprelin 20-də, La Liqanın 32-ci turu çərçivəsində “Atletik”ə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button