Milikin “Qarabağ”la oyunda geyindiyi forma satışa çıxarıldı

Polşa millisinin və İtaliyanın “Yuventus” klubunun hücumçusu Arkadiuş Milikin Marsel “Olimpik”inin sıralarında olarkən Bakıda “Qarabağ”a qarşı keçirdiyi Avropa Konfrans Liqasının pley-off oyununda geyindiyi forma auksionda satışa çıxarılıb.

Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, futbolkanın başlanğıc qiyməti 630 Polşa zlotu və ya təqribən 1575 manatdır.

Milik imzalı formasını oyun başa çatdıqdan sonra hakimlər otağına daxil olaraq, həmyerlisi, görüşün referisi Bartoş Frankovskiyə hədiyyə edib. FIFA dərəcəli hakim isə formanı ölkəsinin Nikolay Kopernik universitetinin xeyriyyə məqsədilə təşkil etdiyi hərraca bağışlayıb.

Xatırladaq ki, “Qarabağ” həmin oyunda 0:3 hesabıyla məğlub olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button