Qattuzo özündən çıxdı – 1 saata görə 5 günlük cəza
“Milan”ın baş məşqçisi Cennaro Qattuzo komandanın futbolçularını cəzalandırıb.
Komanda.az xəbər verir ki, Qattuzo futbolçulara 5 günlüyünə bazanı tərk etməyi qadağan edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Qattuzo, son məşqə 1 saat gecikən və komandayla yalnız 10 dəqiqəlik hazırlıq keçən Timo Bakayokoya görə bütün futbolçulara bazanı tərk etməyi qadağan edib. “Milan”ın A Seriyasının növbəti turunda “Bolonya” ilə qarşılaşacağı oyuna qədər, futbolçular bazada qalacaq. Qattuzonun Bakayokoya isə ciddi cəza verəcəyi gözlənilir.
“Milan” – “Bolonya” matçı mayın 6-da, saat 22:30-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin