“Milan” müqaviləsini yeniləmədi, debütantla razılaşdı

“Milan”la müqaviləsinin müddəti bitən İqnasio Abatenin yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 32 yaşlı müdafiəçi A Seriyasına yeni yüksələn “Leççe” ilə razılığa gəlib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Abate yeni klubuna azad agent kimi keçəcək.

“Milan”ın yetirməsi olan Abate, “qırmızı-qaralar”la 306 rəsmi oyuna çıxıb. Müdafiənin sağ cinahında çıxış edən oyunçu 22 dəfə də İtaliya milli komandasının şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button