“Milan”la ilk kubokumu qazanmaq istəyirəm”
“Milan”ın yarımmüdafiəçisi Ticani Reynders “İnter”lə qarşılaşacaqları İtaliya superkubokunun final oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Komanda.az “Milan News”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu bu oyunu səbirsizliklə gözlədiklərini deyib:
“Milan”ın daha yaxşı komanda olduğunu göstərərək əvvəlki matç kimi oynamalıyıq. Bu oyunu səbirsizliklə gözləyirəm. Bu, mənim burada ilk finalımdır və mən “Milan”la ilk kubokumu qazanmaq istəyirəm. Bu, mənim və klub üçün çox vacibdir. Hamımız “Milan” üçün kubok qazanmaq istəyirik.
Mübarizə aparıb, nəyə qadir olduğumuzu göstərməliyik. Düşünürəm ki, biz bunu mövsümün əvvəlində artıq “İnter”ə qarşı göstərmişik və “Milan”ın ən yaxşı komandası olduğumuzu sübut etməliyik”.
“Milan” – “İnter” matçı bu gün saat 23:00-da start götürəcək.
Bizi Facebook-da izləyin