Boatenq üçün daha bir “müştəri”

Almaniyanın “Bavariya” klubunun futbolçusu Jerom Boatenqin “Arsenal”ın hədəfində olduğunu xəbər vermişdik.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu daha bir klubun maraq dairəsindədir. “Milan” da Boatenqi heyətinə qatmaq niyyətindədir. “Qırmızı-qaralar”ın futbolçu üçün “Bavariya” ilə danışıqlara başlamağa hazır olduğu bildirilir.

“Bavariya”nın almaniyalı futbolçu üçün 13 milyon funt-sterlinq tələb edəcəyi deyilir.

2011-ci ildən “Bavariya”da forma geyinən Boatenqin müqaviləsi 2021-ci ilin yayına qədərdir. Almaniya millisinin keçmiş üzvü olan müdafiəçi, bu mövsüm Bundesliqada 9 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button