“Milan”ın zədəlisi sağaldı

İtaliyanın “Milan” klubunun zədəli futbolçusu Simon Kyaer sağalıb.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. A Seriyasının 18-ci turu çərçivəsində keçirilən “Kalyari” ilə oyunda (2:0) zədələnən futbolçu tam sağalıb.

Məlumata görə, 31 yaşlı futbolçu çempionatın növbəti turunda keçiriləcək “Atalanta” ilə oyunda komandasına kömək edə biləcək.

“Milan” – “Atalanta” oyunu yanvarın 23-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button