
“Milan”ın yeni hədəfi
“Milan” “Lill”in hücumçusu Conatan Davidi transfer etmək istəyir.
Komanda.az “Sky Sport”a-a istinadən xəbər verir ki, İtaliya təmsilçisinin yeni mövsüm üçün əsas hədəflərindən biri kanadalı forvarddır.
23 yaşlı futbolçunun “Lill”lə müqaviləsi 2025-ci il iyunun 30-na qədər nəzərdə tutulub.
David “Ottava”nın yetirməsidir. O, 2020-ci ildə “Gent”dən “Lill”ə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin