Yeni baş məşqçi söz verdi: “Milan” hücum futbolu oynayacaq

“Milan”ın yeni baş məşqçisi Paulo Fonseka onun rəhbərliyi altında komandasının necə futbol nümayiş etdirəcəyini söyləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı “Milan”ın hücum futboluna keçəcəyini bildirib:

“Sizə əminliklə deyə bilərəm ki, “Milan” hücum futboluna keçəcək. Qarşılaşmalarda üstün olacağıq və azarkeşlərimizi qürurlandıracağıq. Müdafiə oyunu keçən mövsümki kimi olmayacaq. Tamamilə fərqli olacaq. Qələbə qazanmaq üçün bu aspektdə inkişaf etməliyik”.

Fonseka bu yay “Milan”ın baş məşqçisi olub. Buna qədər o, 2022-ci ildən “Lill”ə rəhbərlik edib. Fonsekanın rəhbərliyi altında bu komanda ötən mövsüm Fransa çempionatını 4-cü pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button