“Milan”ın sabiq futbolçusu karyerasını bitirdi

“Milan”ın və Qvineya millisinin keçmiş futbolçusu Kevin Konstant karyerasını bitirib.

Komanda.az xəbər verir ki, bu barədə 32 yaşlı yarımmüdafiəçi özü açıqlama verib. Kevin, bu qərarının şəxsi həyatı ilə bağlı olduğunu deyib.

“Tuluza”, “Şatoru”, “Kyevo”, “Cenoa”, “Milan”, “Trabzonspor”, “Bolonya”, “Syon” kimi klubların formasını geyinən Kevinin son iş yeri Cənubi Azərbaycan “Traktor”u olub. 25 dəfə Qvineya yığmasının formasını geyinən yarımmüdafiəçi 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button